12:38 11-02-2020
news_image
150
FUTBOL

“İnter” adına görə məhkəməni uddular

Milan “İnter”i ABŞ klubu “İnter Mayami”yə qarşı ilk məhkəməsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Devid Bekhemin sahibi olduğu MLS təmsilçisi adını dəyişdirmək məcburiyyətində qala bilər.

Florida klubu 2018-ci ildə adı və gerbinin təqdimatından sonra italyanlar məhkəməyə müraciət ediblər. “İnter” markası ABŞ-da 2014-cü ildə “neradzurra” tərəfindən qeydə alınıb. A seriyası təmsilçisi ad hüququ ilə bağlı MLS liqasını da məhkəməyə verib. Bunun birinci mərhələsi milanlıların qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Azərbaycanda “Keşlə” klubu 2004-2017-ci illərdə “İnter” adı altında fəaliyyət göstərib.