13:09 11-02-2020
news_image
180
FUTBOL

Polis gecikdiyi üçün klub cərimələndi – Azərbaycanda

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında Azərbaycan I divizionunun XIV turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Apasport.az saytının məlumatına görə, komitənin iki oyunla bağlı verdiyi cəza xüsusi diqqət çəkib.

“Turan Tovuz” – “Səbail-2” görüşü polis və təcili yardım maşını vaxtında stadiona gəlmədiyindən 13 dəqiqə gec başlayıb. Bu, meydan sahiblərinə 160 manat cərimə bahasına başa gəlib.

“Sumqayıt-2” – “Qaradağ Lökbatan” matçında isə “Qaradağ Lökbatan”ın futbolçusu sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 80 manat cərimə olunub.