00:07 12-02-2020
news_image
140
AVRO-2020

Dembele əməliyyat olundu - AVRO-2020-ni buraxacaq

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, Finlandiyada əməliyyat olunan Fransa millisinin üzvünün durumuna aydınlıq gəlib.

22 yaşlı oyunçunun gözləniləndən də gec - 6 ay sonra yaşıl meydanlara dönəcəyi açıqlanıb. Bu isə o deməkdir ki, ulduz futbolçu mövsümü qapamaqla yanaşı, AVRO-2020-də də iştirak edə bilməyəcək.

Qeyd edək ki, Dembele bu mövsüm ümumilikdə 9 matçda iştirak edib.