10:36 12-02-2020
news_image
1506
FUTBOL

“Neftçi”də üzləşdiyi çətinliklərdən danışdı - Bordin

“Şerif”lə Moldovadakı möhtəşəm ilk yarımlıq fəaliyyətdən sonra Azərbaycanda da pis dönəm keçirmədim”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin deyib.

Ölkəsinin mətbuatına açıqlama verən 55 yaşlı mütəxəssis ölkəmizdəki il yarımlıq fəaliyyətinə toxunub: “Şerif”lə iki dəfə ölkə çempionluğu qazandım. Daha sonra “Neftçi”də çalışdım. Orada yaxşı başlamışdıq. Ancaq fərqli zehniyyət, mədəniyyət və çalışma tərzi ilə qarşılaşırsan. Bu amillər istər-istəməz insana çətinlik yaradır”.

Qeyd edək ki, “Neftçi” qış fasiləsində Roberto Bordini istefaya göndərib.