12:18 12-02-2020
news_image
242
FUTBOL

“Elvin Yunuszadənin “Çelik”ə böyük faydası dəyəcək” – Ümit Özat

“Futbolçularımın işindən, fədakarlığından və motivasiyasından razıyam”.

Apasport.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovina klubu “Çelik”in baş məşqçisi Ümit Özat deyib.

Yerli mətbuata açıqlamasında komandasının qış təlim-məşq toplanışını dəyərləndirən türkiyəli mütəxəssis yeni transfer edilən Azərbaycan millisinin müdafiəçisi Elvin Yunuszadə haqda da fikir bildirib. O, qış fasiləsində “Səbail”dən ayrılan və “Çelik”lə 6 aylıq müqavilə bağlayan 28 yaşlı oyunçunun komandaya xeyir verəcəyinə inanır: “İstədiyimiz bütün futbolçuları alacağıq. Elvin Yunuszadə isə Çempionlar Liqasında bir neçə oyun keçirib, təcrübəsi var. Komandaya onun böyük faydası dəyəcək”.

Qeyd edək ki, “Çelik“ ölkə çempionatında 19 turdan sonra 12 komanda arasında 11-ci pillədə qərarlaşır.