
12:22
Azərbaycanlı futbolçu Rafael Ağayev "Dauqavpils" klubunun düşərgəsinə yollanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin (U-16) seleksiya toplanışında da iştirak etmiş Rusiya futbol məktəbinin yetirməsi Latviya təmsilçisində baxışdan keçiriləcək.
Qış fasiləsində “Səbail”də baş məşqçi Aftandil Hacıyevin etimadını qazana bilməyən futbolçu "Dauqavpils"də bəyənilərsə, onunla 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Rafael Ağayev Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Səbail”də çalışan Emin Ağayevin oğludur.