16:40 12-02-2020
news_image
164
DİGƏR NÖVLƏR

"Formula-1": Çin Qran-prisi təxirə salındı

Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Formula-1" üzrə Çin Qran-prisini təxirə salıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb həmin ölkədə koronavirusun yayılmasıdır. 

Şanxayda aprelin 19-da keçirilməsi nəzərdə tutulan Qran-prini qeyri-müəyyən vaxta təxirə salınıb. Yarış iştirakçılarının, həmçinin azarkeşlərin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün bu addım atılıb.

Qeyd edək ki, koronavirusun yayılması səbəbindən Çində bütün idman yarışları aprel ayına qədər təxirə salınıb.