20:54 12-02-2020
news_image
115
FUTBOL

“Yol verdiyim səhv sözünü dedi” - İslam Abbasov

“Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sona kimi mübarizə aparmalıydım”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) deyib. 

Yığmamızın əsas simalarından olan idmançı İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatını bürünc medalla başa vurub. Ardıcıl ikinci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan pəhləvanımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına qələbə sevincini bölüşüb: “Yarımfinala qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı. İndi lisenziya turnirinə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim”.