00:17 13-02-2020
news_image
169
FUTBOL

Kloppun müqaviləsindəki bənd... - Bundesliqaya qayıda bilər

"Liverpul"un baş məşqçisi Yurgen Klopp istənilən vaxt ölkəsi Almaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin müqaviləsindəki bənddə göstərilib.

"Qırmızılar"la sözləşmə müddətini 2024-cü ilə qədər yeniləyən Klopp ora istədiyi vaxt Bundesliqaya dönə bilər şərtini qoydurub. 2015-ci ildən "Liverpul"a rəhbərlik edən 53 yaşlı çalışdırıcı ilə bağlı bu məsələ klub rəhbərliyini ciddi şəkildə narahat edir. Onlar Kloppun bir müddət sonra "Bavariya"ya getmək ehtimalından çəkinirlər.

Qeyd edək ki, ötən il Çempionlar Liqasını qazanan "Liverpul" bu mövsüm Premyer Liqa çempionluğuna çox yaxındır.