15:23 13-02-2020
news_image

Avropa çempionatı: Bu gün medal olmayacaq - YENİLƏNİB

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilərin mübarizəsində ilk mükafatçılar bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yalnız 1 idmançısı medala iddia etsə də, arzusuna çata bilməyib.

Komandamızın heyətində Səbirə Əliyeva 3-cü yer uğrunda təsəlli qarşılaşmasında da uduzub. 

 
Avropa çempionatı
Qadın güləşi
76 kq

Aikaterini Pitsiavaya (Yunanıstan) qalib gəlib, ardınca  Yekaterina Bukinaya (Rusiya) uduzan Səbirə Əliyeva sonuncu finala yüksəldiyindən təsəlliverici görüşə qatılıb. İselin Solheymlə (Norveç) gücünü yoxlayan güləşçimiz vaxtından əvvəl məğlub olub. Rəqib cəmi 1 dəqiqə 13 saniyəyə qələbə qazanıb.

Bir gün öncə daha 3 güləşçimizin uduzduğunu nəzərə alsaq, axşam senansında baş tutacaq medal mübarizəsondə Azərbaycan yığmasının üzvləri olmayacaq. 

Qeyd edək ki, Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb. Komandamızın heyətində Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərin mübarizəsinə isə sabah start veriləcək. Bu isə daha 4 qadın idmançımız ilkin döyüşlərə qoşulub.