10:41 13-02-2020
news_image
107
FUTBOL

Premyer Liqada XVII turun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında XVII turun oyunlarının təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlərin adları açıqlanıb.

Turun mərkəzi oyunu sayılan “Neftçi” – “Keşlə” görüşü Elçin Məsiyevə tapşırılıb. “Zirə” –“ Qarabağ” qarşılaşması isə FIFA referisi Rəhim Həsənova həvalə edilib.

Premyer Liqa
XVII tur
15 fevral (şənbə)
15:00. “Zirə” –“ Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena” 


16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“ASCO Arena”

19:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.