11:37 13-02-2020
news_image
123
FUTBOL

Hakimlərimiz Cənubi Amerikaya yollana bilər – müqavilə imzalandı

UEFA ilə KONMEBOL arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan görüşdə UEFA prezidenti Aleksander Çeferin və KONMEBOL rəhbəri Alexandro Dominges iştirak edib.

Bu anlaşma iki qitənin futbolunu bir-birinə yaxınlaşdıracaq. Avropa futboluna nəzarət edən UEFA ilə Cənubi Amerikadakı futbolla bağlı söz sahibi olan KONMEBOL arasında əməkdaşlıq bir çox sahəni əhatə edəcək. Bununla bağlı hər iki qurum nümayəndələrinin təmsil olunacağı 4 komitə yaradılacaq.

Ən diqqətçəkən məqamlardan biri hakim dəyişiklikləri olacaq. Anlaşmaya əsasən, UEFA-nın FIFA dərəcəli referiləri Cənubi Amerikada baş tutan turnirlərdə, həmçinin KONMEBOL-un hakimləri Avropa arenasındakı matçlarda oyunlar idarə edə biləcəklər. Bundan başqa, iki qitə klublarının iştirakı ilə kiçik turnirlərin keçirilməsi də müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan hakimləri də FİFA dərəcəsi daşıdıqlarından onların da təyinatı istisna olunmur.