17:10 13-02-2020
news_image
202
FUTBOL

Testdən keçə bilmədilər – FIFA dərəcələri əllərindən alınır

İspaniyanın Malyorka şəhərində FIFA dərəcəli referilər testdən keçiriliblər.

Apasport.az saytının məlumatına görə iki hakim fiziki hazırlıq üzrə testdən uğurla keçə bilməyib.

Bunlar İngiltərə təmsilçiləri Endi Medli və Devid Kutdur. Bu il ilk dəfə FIFA dərəcəsi alan adıçəkilən hakimlər beynəlxalq oyunlara təyinat almayacaqlar. Ancaq bildirilir ki, soyuqladıqları üçün normativləri verə bilməyiblər və yenidən testdən keçmək haqları var.

Medli və Kut təkrar sınaqda da “ilişsələr” FIFA dərəcələri əllərindən alınacaq.