17:54 13-02-2020
news_image
178
FUTBOL

“Səbail” yeni transferini itirdi – “Qəbələ” ilə matçı buraxacaq

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində fevralın 16-da “Qəbələ” ilə qarşılaşacaq “Səbail”də itki baş verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Peyman Keşavarz sıradan çıxıb.

Ötən həftəsonu “Keşlə” ilə keçirilən qarşılaşmadan sonra ayağında ağrılar hiss edən iranlı futbolçu hazırda həkim nəzarəti altındadır. Məşqçilər korpusu təxminən bir həftə və ya 10 gün onun xidmətindən məhrum olacaq. Bu isə o deməkdir ki, 25 yaşlı mərkəz müdafiəçisi ən azı “Qəbələ” ilə qarşılaşmanı buraxacaq.

“Keşlə” ilə matçda zədələnərək əvəzlənən yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Ruslan Hacıyevin də durumuna aydınlıq gəlib. Hər iki futbolçunun zədəsi ciddi olmadığından, onlar kollektivlə birlikdə məşqlərdə iştirak edə bilirlər.

Qeyd edək ki, Peyman Keşavarz “Səbail”ə qış fasiləsində keçib.