00:11 14-02-2020
news_image
113
FUTBOL

"Real" da "göz qoydu" - "Barselona"nın istədiyinə

"İnter"in hücumçusu Lautaro Martines daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, "Barselona"dan sonra əzəli rəqibi "Real" da Argentina millisinin üzvünə "elçi düşüb".

"Kral klubu" mövsümün sonunda gənc oyunçunu heyətinə qatmaq fikrindədir. Hətta futbolçunun özünə də bu barədə məlumat verilib. Madridlilər yayda onun 111 milyon avroluq sərbəst qalma məbləğini ödəyərək, transferi həll etməyə çalışacaqlar.

Martinesin özünə isə illik 14 milyon avro maaş olmaqla uzunmüddətli müqavilə təklif ediləcək.