00:17 14-02-2020
news_image
116
FUTBOL

Lempardın "qara siyahısı" - 4 futbolçu

"Çelsi" gələn mövsümün heyətini formalaşdırma prosesinə start verib.

Apasport.az saytının məlumatına görə, London klubu heyətin bir neçə üzvü ilə mövsümün sonunda yollarını ayıracaq.

"Ayaks"ın qapıçısı Andre Onana ilə ilkin razılıq əldə edən, hücumçusu Hakim Zieşi rəsmən heyətinə qatan "zadəganlar"da 4 ön xətt oyunçusu baş məşqçi Frenk Lempardın "qara siyahı"sındadır. Gənc mütəxəssis Olivye Jiru, Pedro Rodriges, Villian və Mişi Batşuayini gələn mövsüm ixtiyarında görmək fikrində deyil.

Adıçəkilən oyunçulara başqa klublarla danışıq aparmaq üçün icazə də verilib.