10:06 14-02-2020
news_image
59
FUTBOL

Uğursuz seriyaya son qoydu - “Milan”

İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Yuventus”u qəbul edən “Milan” son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib – 1:1.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” bununla ardıcıl məğlubiyyət seriyasına son qoyublar.

Komanda 9 oyundan sonra ilk dəfə Turin təmsilçisinə məğlub olmayıb. Buna qədərki 9 matçın hamısında qələbə qazanan “qoca sinyora” 19 qol vurub, 5-ni buraxmışdı. “Milan” sonuncu dəfə 2016-cı ilin dekabrında İtaliya Superkuboku görüşündə rəqibinə uduzmamışdı.

“San Siro”dakı qarşılaşmanı 72 min 738 azarkeş izləyib. Bu isə turnirin yarımfinal mərhələsi üçün rekord göstəricidir.

Qeyd edək ki, “Yuventus”la “Milan” arasında cavab oyunu martın 4-də Turində baş tutacaq.