11:17 14-02-2020
news_image
58
FUTBOL

La Liqa 72 saat ərzində qərarını deyəcək – “Barselona”ya

“Barselona” əməliyyat olunan yarımmüdafiəçisi Usman Dembelenin tibbi hesabatını La Liqa rəhbərliyinə göndərib.

Apasport.az saytının məlumatına görə, qurum 72 saat ərzində həmin hesabatı nəzərdən keçirəcək.

Fransa millisinin üzvü bu həftə Finlandiyada sağ ayağından əməliyyat keçirib. La Liqa rəhbərliyi Dembelenin ən azı 5 ay müddətinə sıradan çıxdığını təsdiqləyərsə, “Barselona”ya ölkə daxilindən bir futbolçu transfer etmək imkanı yaranacaq.

Qeyd edək ki, Usman Dembelenin bərpa prosesinin 6 ay çəkəcəyi və AVRO-2020-ni buraxacağı açıqlanıb.