12:15 14-02-2020
news_image
63
FUTBOL

Mərkəzi oyunun hakimi dəqiqləşdi - Azərbaycan çempionatında

Futzal üzrə Yüksək Liqada XV turun oyunlarının təyinatları bilinib.

Apasport.az saytının məlumatına görə, fevralın 20-də “Olimpik Star”da keçiriləcək oyunları idarə edəcək hakimlərin adları açıqlanıb.

Mərkəzi oyunda lider “Araz”ın ən yaxın izləyicisi “Marafon”la qarşılaşması Hikmət Qafarlıya həvalə edilib. 

Yüksək Liqa
XV tur
20 fevral
12:00. “Premier” (Quba) – “Xızı Futzal”

Hakimlər: Ramil Namazov, Rahin Heybətov, Xəlil Xəlilov
14:00. “Neftçi” – “Baku”
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Fuad Həsənov
16:00. “Marafon” – “Araz”
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Knyaz Əmiraslanov
18:00. EKOL – “Baku Fire”
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Nahid Xasıyev
20:00. “Record club” – “Yasamal”
Hakimlər: Ramiz Məhərrəmov, Ceyhun Hüseynov, Vüsal Balaşov