12:44 14-02-2020
news_image
343
FUTBOL

Ümit Özat daha bir azərbaycanlıya “elçi düşüb”

"Çelik"in baş məşqçisi Ümit Özat daha bir azərbaycanlı futbolçunu yanına aparmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis hücum xəttini qış fasiləsində “Neftçi”ni “Səbail”ə dəyişən Rauf Əliyevlə gücləndirmək fikrindədir.

Bir müddət əvvəl Elvin Yunuszadəni kollektivə cəlb edən Özat “Sabah”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev kimi, Raufu da ilk olaraq ötən ay Bosniya və Herseqovinaya aparmaqda maraqlı olub. 44 yaşlı çalışdırıcı postunda qalacağı təqdirdə, bu keçidi yay fasiləsində reallaşdırmağa çalışacaq.

Qeyd edək ki, Rauf Əliyevin “Səbail”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.