14:43 14-02-2020
news_image
158
TOP OYUNLARI

Növbəti matçının vaxtı bilindi - “Azərreyl”in

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 15-də Bakıda təşkil olunacaq.

Günün ilk qarşılaşmasında “Azərreyl” və “Xilasedici”  klubları üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq. 

Bu oyundan 2 saat sonra MOİK “Sərhədçi”ni sınağa çəkəcək. 

Hər iki görüş FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılacaq.

Qeyd edək ki, Yüksək Liqadan fərqli, Super Liqanın növbəti qarşılaşmaları Qubada olacaq.