16:44 14-02-2020
news_image
220
FUTBOL

Yaponiya klubuna keçə bilər - Arda Turan

“Barselona”nın yarımmüdafiəçisi Arda Turanın yeni komandasının adı müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü Yaponiyaya köçməyə yaxındır.

“Başakşəhər”lə icarə müqaviləsi ləğv edilən və “Qalatasaray”a keçidi baş tutmayan 33 yaşlı orta sahə oyunçusu Yaponiya klubu “Urava”dan təklif alıb. Hazırda tərəflər arasında danışıqlar aparılır. Razılıq əldə olunarsa, “Barselona” ona azad agent statusu verəcək.

Qeyd edək ki, Arda Turanın İspaniya klubu ilə sözləşmə müddəti bu ilin yayına qədərdir.