17:21 14-02-2020
news_image
247
FUTBOL

“Azərbaycandan sərfəli təklifi rədd etdilər” - Monteneqro millisinin qapıçısı

“Levski”nin qapıçısı Milan Miyatoviç Azərbaycandan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin qapıçısı özü deyib.

33 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında qış fasiləsində Azərbaycana köçmək ehtimalının olduğunu söyləyib. “Levski”nin bu təklifi qəbul etmədiyini bildirən Miyatoviç yayda Bolqarıstan klubundan ayrılacağını istisna etməyib.

O, apreldə bu məsələyə aydınlıq gələcəyini vurğulayıb: “Klubda hər şey əladır. Məndən razıdırlar və hətta Azərbaycandan sərfəli təklifi rədd etdilər. Ancaq zaman keçdikcə futbolçular gedir, rəhbərlər dəyişir. Maydan sonra burada qalacağıma rəhbərlik qərar verəcək. Müqaviləmdə yer alan bənddən istifadə edib onu uzadıb-uzatmayacaqlarını həmin vaxt görəcəyik. Ancaq bir problem var ki, yerli federasiya qapıçı mövqeyini inkişaf etdirmək üçün Avropa Birliyinə üzv olmayanlara məhdudiyyət qoyacaq. Bolqarıstanlı qapıçıların vəziyyəti yaxşı olmadığından, bu yolla milliyə kömək etmək istəyirlər. Qərarın əvvəlcədən burada olan qapıçılara şamil ediləcəyini düşünmürəm. Hər halda apreldə hər şey müəyyənləşəcək”.

Qeyd edək ki, Milan Miyatoviç “Levski”yə ötən il “Buduçnost”dan keçib.