21:56 14-02-2020
news_image
95
FUTBOL

"Zirə" və "Sabah"ın həsrəti, mərkəzi oyunu gözləyənlər

Sabah Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalar iki günü əhatə edəcək.

Baş tutacaq 4 matçdan sonra turnir cədvəlində bir çox dəyişiklik qeydə alına bilər. 

Turun açılış matçında lider "Qarabağ" 2020-ci ilə qeyri-stabil start götürən "Zirə"nin qonağı olacaq. Bakı təmsilçisi güclü rəqibi önünə ciddi itkilərlə çıxacaq. Zədəli Şafik Tiqruca ilə yanaşı, İlkin Muradovla Ağabala Ramazanov qırmızı vərəqə cəzalısıdır. Ötən həftə "Neftçi" ilə qolsuz bərabərə qalan "Qarabağ"da isə yeganə itki Rahil Məmmədovdur ki, müdafiəçi ikinci yarıda hələ meydana çıxmayıb. Bu qarşılaşmada Zaur Həşimovun yetirmələrinə "üçlük"dən uzaqlaşmamaq üçün qələbə hava-su kimi lazımdır. Həmçinin 2015-ci ildən bəri elitada çıxış edən "Zirə" "Qarabağ" üzərində ilk qələbəsini qazanmağa çalışacaq. Ağdamlılar isə son 5 səfər görüşündə olduğu kimi, yenə sabahkı rəqibi məğlub etməyi düşünürlər.

Uğurlu çıxışını qış fasiləsindən sonra da davam etdirən "Sumqayıt" doğma arenasında ardıcıl ikinci oyununa çıxacaq. "Gənclik şəhəri" təmsilçisi onun qərar tutduğu 4-cü yerə göz dikən "Sabah"ı qəbul edəcək. Uzun fasilədən sonra ilk qalibiyyətini ötən turda əldə edən bakılılar bunun davamını gətirmək məcburiyyətindədirlər. Jelko Sopiçin kollektivi aktivinə növbəti 3 xalı yazdıracağı təqdirdə, rəqibinə bir qədər də yaxınlaşacaq. Bu baş verərsə, "Sabah" "Sumqayıt" önündə ardıcıl 3 oyunluq məğlubiyyət seriyasına və birillik qələbə həsrətinə son qoyacaq.

Bazar günü daha 2 görüş oynanılacaq. Autsayder "Qəbələ" sonuncu yeri ötən turda ona təhvil verən "Səbail"lə səfərdə üz-üzə gələcək. Bölgə təmsilçisi önünə yeni transferi Peyman Keşavarzsız çıxacaq bakılılar daha bir pillə irəliləyə bilərlər. Bunun üçün Aftandil Hacıyevin komandası qalib gəlməli və "Sabah" da "Sumqayıt" səfərində büdrəməlidir. "Qəbələ" isə "Səbail"i yenidən son pilləyə qaytarmaq əzmindədir. "Səbail" öz meydanında iki ildir (4 oyundur) "Qəbələ"yə uduzmur. Həm bu, həm də komandaların hazırkı durumu paytaxt klubunu matçın favoritinə çevirir.

Nəhayət, turun mərkəzi qarşılaşmasında “Neftçi” ilə “Keşlə” münasibətlərinə aydınlıq gətirəcəklər. "Keşlə" ötən turda gözlənilmədən "Səbail"ə yenilibsə, "Neftçi" 2020-ci ildə hələ qələbə qazanmayıb. Bu görüşün nəticəsi təkcə adıçəkilən komandaları deyil, "Sumqayıt" və "Zirə"ni də maraqlandırır. Çünki onlar turu qalib kimi başa vuraraq, paytaxt derbisindəki rəqiblərdən ən azı birinə yaxınlaşa bilərlər. Cari mövsüm rəqibindən 4 xal alan "Keşlə" uğurlu ənənəni davam etdirməyə çalışacaqsa, "Neftçi" həm buna son qoymağı, həm də rəqibindən bir qədər uzaqlaşmağı hədəfləyir.

Azərbaycan Premyer Liqası
XVII tur
15 fevral (şənbə)
15:00. “Zirə” –“ Qarabağ”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
“Kapital Bank Arena”

16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”

19:00. “Neftçi” – “Keşlə”
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Bakcell Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

10

5

1

25-7

35

2

Neftçi

16

7

6

3

23-12

27

3

Keşlə

16

7

5

4

20-14

26

4

Sumqayıt

16

6

4

6

21-22

22

5

Zirə

16

5

5

6

21-24

20

6

Sabah

16

4

4

8

17-22

16

7

Səbail

16

4

3

9

11-25

15

8

Qəbələ

16

3

4

9

17-29

13

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.