19:46 15-02-2020
news_image
478
TOP OYUNLARI

“Azərreyl”dən asan qələbə, "Murov" "Abşeron"la bacarmadı - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. 

Apasport.az saytının məlumatına görə, matçlar mövsümdə ilk dəfə Bakıdan kənarda – Qubada təşkil olunub.
 
Günə UNEC - “Azərreyl” görüşü ilə start verilib. Yerli azarkeşlərin alqış sədaları altında oyuna çıxan komandaların dueli cəmi 3 set çəkib. “Dəmiryolçular” “quru hesabla” qalib gəliblər. 

Ardınca “Murov”la “Abşeron” üz-üzə gəlib. Yığma məşqçiləri Vasif Talibovla Eldar Yusubovun duelində ikinci üstün olub. 4 setin oynanıldığı qarşılaşmada “Abşeron” 3:1 hesabı ilə qalib gəlib. 

Bu oyunlardan sonra turnir cədvəlində dəyişiklik olmayıb. Yenə turnir cədvəlinə “Azərreyl” başçılıq edir. "Dəmiryolçular"dan bir oyun çox keçirən “Abşeron” liderlə xalı bərabərləşdirsə də, set fərqində aşağı göstəriciyə malikdir. 

Qeyd edək ki, qarşılaşmalar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzində keçirilib. Azərbaycan Voleybol Federasiyasının bu addımı bölgələrdə voleybolun inkişafına hesablanıb. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır. 

Azərbaycan çempionatı
Qadınlar, Super Liqa
15 fevral

16:00. UNEC – “Azərreyl” - 0:3 (22:25, 16:25, 14:25)
18:00. “Murov” – “Abşeron” - 1:3 (18:25, 24:26, 25:23, 19:25)

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

3

3

0

9-1

248-160

9

2

Abşeron

4

3

1

10-5

348-320

9

3

Murov

3

1

2

5-6

248-240

3

4

Mübariz

3

1

2

4-7

207-261

3

5

Gürcüstan

0

0

0

0-0

0-0

0

6

UNEC 

3

0

3

0-9

155-225

0