11:13 15-02-2020
news_image

Millimiz 7-ci oldu - Avropa çempionatında

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qadın güləşi üzrə yarışlar başa çatıb.

Apasport.az saytının məlumatına görə, üç gün davam edən mübarizədə yığmamızın heyətində 8 idmançı mübarizə aparıb.

Millimiz qitə birinciliyini 2 medalla tamamlayıb. Elis Manolova (65 kq) finalda məğlub olaraq gümüş medal qazanıbsa, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.

Beləliklə, millimiz 65 xal toplayaraq, komanda hesabında 7-ci pillədə qərarlaşıb. Rusiya (190 xal) birinci, Ukrayna (155 xal) ikinci, Belarus (97 xal) isə üçüncü yeri tutub.