11:40 15-02-2020
news_image
61
FUTBOL

İcazəsiz Fransanı tərk etdi, rəhbərliyi qəzəbləndirdi - Neymar

PSJ-nin hücumçusu Neymar daha bir intizamsız hərəkətilə rəhbərliyi qəzəbləndirib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü klubdan icazəsiz Almaniyaya yollanıb.

Rəhbərlik onun zədəsini tez sağaltmaq və Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sı ilə oyuna hazırlaşmaq üçün bütün gücü ilə çalışacağına ümid edirdi. Ancaq 28 yaşlı oyunçu geyim markalarından birinin reklam fotosessiyasında iştirak etmək üçün Dusseldorf şəhərinə yollanıb. Ancaq buna görə onun cərimə olunması gözlənilmir.

Qeyd edək ki, PSJ ilə "Borussiya" arasında ilk oyun fevralın 18-də keçiriləcək.