12:11 15-02-2020
news_image
582
FUTBOL

"Vulverhempton" Dadaşovu əsas komandaya hazırlayır

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov tezliklə Premyer Liqa matçında "Vulverhempton"un "18-liy"ində yer ala bilər.

Apasport.az saytının məlumatına görə, klubun məşqçilər korpusu gənc oyunçunu bunun üçün hazırlayır.

Dadaşovun hətta Premyer Liqanın XXVI turu çərçivəsində dünən "Lester"lə keçirilən görüşdə (0:0) "18-liy"ə salınması gündəmdə olub. Ancaq futbolçunun U-23 komandasının heyətində bir neçə gün əvvəl meydana çıxdığını nəzərə alan məşqçilər onu riskə atmaq istəməyiblər. Lakin qarşıdakı görüşlərdə millimizin üzvü Raul Ximenesin alternativi qismində heyətə cəlb oluna bilər.

Qeyd edək ki, "Vulverhempton" çempionatda növbəti oyununu fevralın 23-də "Norviç"ə qarşı keçirəcək.