14:33 15-02-2020
news_image
167
FUTBOL

Zieşin yerinə ən bahalı transfer - "Ayaks"dan

"Ayaks" mövsümün sonunda "Çelsi"yə transfer olunacaq Hakim Zieşin boşluğunu doldurub.

Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi yayda braziliyalı hücumçu ilə ön xətdəki problemi həll edəcək.

Zieşi "Çelsi"yə 45 milyon avroya satan Hollandiya klubu "San-Paulo"nun gənc forvardı Antoni ilə anlaşıb. 19 yaşlı oyunçunun keçidi üçün "Ayaks" 20 və ya 25 milyon avro xərc çəkəcək. Bu isə klub tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki, Antoni Braziliyanın U-23 yığmasına çağırılır.