20:58 15-02-2020
news_image
284
DİGƏR NÖVLƏR

Nazim Babayev çempion oldu

Atletika üzrə Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən Balkan ölkələrinin çempionatında çıxış edib.

Apasport.az saytının məlumatına görə, idmançılarımız yarışda iki medal qazanıblar. 

Milli üzvlərindən Nazim Babayev üçtəkanla tullanmada çempion tituluna yiyələnib. O, 16,92 m nəticə göstərib.

Eyni növdə qadınların yarışında mübarizə aparan Yekaterina Sarıyeva isə 13,50 m nəticə ilə bürünc medal qazanıb.