17:10 16-02-2020
news_image
78
FUTBOL

Komandası səfərdən 1 xalla döndü - Eddi İsrafilovun

İspaniya II La Liqasında XXVIII turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Albasete" növbəti matçına çıxıb.

Aşağı sıralarda qərarlaşan komanda "Mirandes"in qonağı olub. İsrafilovun 90 dəqiqəni əvəzedilmədən keçirdiyi qarşılaşmada komandalar hərəyə birinci hissədə 1 qol vurublar. Görüş 1:1 hesabı ilə də nəticələnib.

Bu bərabərlikdən sonra "Albasete" 30 xalla 22 komanda arasında 18-ci pillədə qərarlaşır.