18:29 16-02-2020
news_image
131
FUTBOL

Dmitri Nazarovun qolu bəs etmədi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyada növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin formasını geyindiyi "Aue" Bundesliqa II-də XXII turun matçını keçirib.

Adıçəkilən komanda turnir cədvəlindəki qonşusu "Holsteyn Kil"i qəbul edib. Görüşə ehtiyatdan başlayan Nazarov komandası 0:2 hesabı ilə geridə olarkən - 64-cü dəqiqədə mübarizəyə qoşulub. Bundan 6 dəqiqə sonra milliləşdirilmiş futbolçu gözəl qolla fərqi minimuma endirib. Ancaq "Aue"nin bundan artığına gücü çatmayıb və komanda öz meydanında 1:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra "Aue" 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.