19:27 16-02-2020
news_image
76
FUTBOL

"Müdafiə olunmağı bacarmırıq" - Elmar Baxşıyev

"Qış fasiləsindən sonra start nəticə baxımından yaxşı alınmır. Amma oyun planında komandadan razıyam".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

40 yaşlı çalışdırıcı mətbuat konfransında komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirib: “Heyətə yeni qoşulanlar var. Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır ki, komanda daha baxımlı oynasın. Hesabı açandan sonra 3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım. Bütün komanda şəklində müdafiə olunmağı bacarmırıq. Bizim üçün önəmli fiqur olan İbrahima Niasse gedəndən sonra bir az çətinlik çəkirik. Bu komanda oynamağı bacarır və potensiala malikdir. İnanıram ki, bir müddətdən sonra daha yaxşısını edib, nəticələr qazanacağıq. İlk gündən çalışmışam ki, hücum futbolu oynayaq. Öz fəlsəfəmi də bunda görürəm. İstəməzdim ki, 90 dəqiqə müdafiədə oturub, bir şansın ümidinə qalsın. Futbol gözəlliyi sevir və gözəl futbolla nəticə qazanmaq istəyirik. Hakimlik normal idi. Bir az oyunçularıma iradlarım var ki, konsentrasiyanı itirdilər və lazımsız vərəqələr aldılar”.