21:18 16-02-2020
news_image
141
FUTBOL

"Qələbəni onlara həsr edirik" - Füzuli Məmmədov

"Bilirdik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışdıq".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XVII turunda “Keşlə” üzərində qazanılan qələbə haqda (3:1) danışarkən deyib.

Oyunsonrası mətbuat konfransında matçı dəyərləndirən Məmmədov məmnunluğunu ifadə edib: "Rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik".

- 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər etmisiniz. Bugünkü irəli "üçlü"yün ideal seçim olduğunu demək olarmı?
- Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq.

- İlk hissədə komandanız əla oynadı. Bu cür tempi qalan matçlarda saxlamaq mümkündürmü?
- Mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdm ki, bu, onların tam potensialıdır. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq.