00:29 17-02-2020
news_image

Avropa ikincisi oldu - sərbəst güləş yığmamız

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıblar. 

Yığmamız qitə birinciliyində 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. 

Rusiya 186 xalla çempionluğu təmin edib. İlk "3-lüy"ü 95 xal yığan Gürcüstan qapayıb.