08:35 17-02-2020
news_image
110
FUTBOL

“Müdafiədə oynamağımız normal hal idi” - Şakir Seyidov

"Qələbəyə görə çox sevinirik. Çünki "Sumqayıt" güclü komandadır. Yaxşı hazırlaşmışdıq və qalib gələcəyimizə də inanırdıq". 

Bunu apasport.az saytına "Sabah"ın futbolçusu Şakir Seyidov deyib. 

Premyer Liqanın XVII turu çərçivəsində "Sumqayıt"a qarşı keçirilən görüşdə "Sabah"ın qollardan birinin sahibi olan Seyidov son dəqiqələrin daha çətin keçdiyini bildirib: "Hesabda 2:0 öndə olduğumuzdan, müdafiədə oynamağımız normal hal idi. Qələbəni əldən verməmək üçün hesabı qoruyurduq. Ancaq sonda qapımızda qol gördük. Buna baxmayaraq, qələbə də qazandıq".

Yelko Sopiçin ən çox güvəndiyi gənc oyunçulardan olan Seyidov xorvatın onunla fərdi söhbətlər etdiyini də dilə gətirib: "Sopiç matçdan sonra komandanı təbrik etdi. O, mənimlə fərdi söhbətlər edir. Amma bu, tək mənimlə yox, digər komanda yoldaşlarımla da olur".

Qarşıdakı turda "Səbail"lə qarşılaşacaq "Sabah" ardıcıl qələbə seriyasını üçə çatdırmaq istəyir. 20 yaşlı futbolçu turnir cədvəlində yuxarı pillələrə qalxmaq şanslarının olduğunu deyib: "Komanda olaraq əlimizdən gələni edəcəyik ki, xalımızı artıraq. Onsuz da rəqibdən asılı olmayaraq, hər oyuna üç xal üçün çıxırıq. Təbii ki, qarşılaşmalarda qalib gəlsək, turnir cədvəlində də yuxarı pillələrə qalxmaq şansımız artacaq. Qarşıdakı turda rəqibimiz "Səbail"dir. Bu komandanı analiz etdikdən sonra, Yelko Sopiçin verəcəyi tapşırıqları meydanda düzgün yerinə yetirməyə çalışacağıq. Oyunumuz get-gedə daha yaxşı inkişaf edəcək".