13:36 17-02-2020
news_image
330
FUTBOL

AFFA-nın siyahısında daha bir ixtisar – o da gəlmədi

Daha bir əcnəbi məşqçinin Azərbaycan millisini çalışdırmayacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı Sreçko Kataneç yığmamızın “sükanı arxası”na keçməkdən imtina edib.

Baş məşqçi postuna namizədlərdən olan 57 yaşlı mütəxəssis İraq yığmasından ayrılaraq, Avropaya qayıtmaq istəyib. Lakin İraq Futbol Federasiyası çalışdırıcı ilə gələn ilin yayına qədər olan müqavilənin ləğvinə razılıq verməyib. Bu səbəbdən Kataneç Azərbaycan millisindən imtina etməli olub.

Qeyd edək ki, Kataneçə qədər AFFA-nın siyahısında olan digər 3 namizəd - Luici de Byaco, Oleq Kononov və Abdullah Avcı da yığmamıza gəlməkdən imtina etmişdilər.