15:52 17-02-2020
news_image
122
FUTBOL

Ronaldonu geridə qoydu – Çiro İmmobile

İtaliya A seriyasının XXIV turunda “İnter”lə oyunda qol vuran “Latsio”nun hücumçusu Çiro İmmobile öz göstəricisini yaxşılaşdırıb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard son 4 mövsümdə A seriyasında vurduğu qolların sayını 93-ə çatdırmaqla bombardirlər yarışında 3-cü pilləyə yüksəlib.

O, “Top-5” liqalarda ən çox qol vuran futbolçular sırasında “Yuventus”lu Kriştianu Ronaldonu (92 qol) geridə qoyub. Son 4 mövsümdə “böyük beşlik”də ən çox fərqlənən oyunçu Lionel Messidir. “Barselona”nın kapitanının aktivində 121 top var. Onu 104 qolla “Bavariya”nın hücumçusu Robert Levandovski izləyir.

Qeyd edək ki, “Latsio” – “İnter” oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.