16:46 17-02-2020
news_image
266
TOP OYUNLARI

Gürcüstan komandası Bakıda - Azərbaycan çempionatında oynamaq üçün

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq. 

Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxtımıza gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena - Dərnəgül Voleybol Mərkəzi və “Sərhədçi” Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək. 

Azərbaycan çempionatı
Super Liqa, qadınlar

18 fevral
15:00. “Mübariz” – Gürcüstan

Dərnəgül Voleybol Mərkəzi

19 fevral
15:00. “Azerreyl” – Gürcüstan

Dərnəgül Voleybol Mərkəzi

20 fevral
15:00. UNEC – Gürcüstan

Dərnəgül Voleybol Mərkəzi

21 fevral
15:00. “Abşeron” – Gürcüstan

Dərnəgül Voleybol Mərkəzi

Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər

18 fevral    
14:00 Express – MOİK

Sərhədçi Olimpiya İdman Mərkəzi        
16:00 Azərreyl – Neftçi
Sərhədçi Olimpiya İdman Mərkəzi
17:00 Murov – Gürcüstan
Dərnəgül Voleybol Mərkəzi

19 fevral    
17:00. “Xilasedici” – Gürcüstan

Dərnəgül Voleybol Mərkəzi

20 fevral    
17:00. “Neftçi” – Gürcüstan

Dərnəgül Voleybol Mərkəzi    

21 fevral
17:00. MOİK - Gürcüstan  
  
Dərnəgül Voleybol Mərkəzi