22:53 17-02-2020
news_image
346
FUTBOL

Cengiz Ündər "Roma"dan gedir - 2 təklifi var

"Roma" mövsümün sonunda yarımmüdafiəçisi Cengiz Ündəri satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı futbolçunun özünü məlumatlandırıb.

"Canavarlar" Türkiyə millisinin üzvünün satışından yayda 35 milyon avroluq gəlir əldə etmək niyyətindədirlər. Hazırda onun xidmətində "Tottenhem" və "Milan" klubları maraqlıdırlar. 22 yaşlı oyunçu özü isə karyerasını İngiltərədə davam etdirməyi düşünür.

Qeyd edək ki, Cengiz Ündər bu mövsüm "Roma"nın heyətində 18 oyunda iştirak edib, 2 qola imza atıb.