10:32 18-02-2020
news_image
169
FUTBOL

“Leqanes”in hücumçusunu transfer etdi - “Barselona”

“Barselona” heyətinə yeni hücumçu qatıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Leqanes”in forvardı Martin Breytueyti transfer edib.

La Liqa rəhbərliyinin yeni transferlə bağlı icazəsindən sonra danışığa başlayan ölkə çempionu Breytueytin sərbəst qalma məbləği olan 20 milyon avronu ödəməyə razılıq verib. Bu üzdən klubu Danimarka millisinin üzvünün keçidinə əngəl ola bilməz.  Tərəflər arasında danışıqlar artıq yekunlaşıb və yaxın günlərdə transfer rəsmən açıqlanacaq.

Qeyd edək ki, Martin Breytueyt cari mövsüm “Leqanes”in heyətində keçirdiyi 27 oyunda 8 qola imza atıb.