10:35 18-02-2020
news_image
1253
FUTBOL

Çempionlar Liqasının qrupuna ilk vəsiqə - “Liverpul”dan

“Liverpul” 2020-21 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” bunu bacaran ilk komanda olublar.

İngiltərə Premyer Liqasının dünən keçirilən XXVI tur matçında 4-cü pillədəki “Çelsi”nin “Mançester Yunayted”ə məğlubiyyəti (0:2) “Liverpul”un mövsümü ilk “dördlük”də bitirəcəyini dəqiqləşdirib. 4-cü və 5-ci pillələrdə qərarlaşan “Çelsi” və “Tottenhem” qalan bütün görüşlərdə qələbə qazansa belə, “Liverpul”a çata bilməyəcəklər.

Qeyd edək ki, “Liverpul” hazırda ən yaxın izləyicisi olan “Mançester Siti”dən 25 xal öndədir.