14:48 18-02-2020
news_image
229
FUTBOL

235 milyon dollarlıq müqavilə

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubu sponsorluq müqaviləsi bağlayıb.

Apasport.az saytının məlumatına görə, MLS təmsilçisi Qətərlə əməkdaşlığa başlayıb.

Tərəflər arasında razılığa əsasən, “İnter Mayami”nin formasında, məşq çantalarında, geyimlərində, stadionunda və bazasında Qətərin loqosu yerləşdiriləcək. Bu sözləşmə ABŞ klubuna 235 milyon dollar qazandırıb.

Bekhem həmin məbləğin böyük əksəriyyətini transferlərə xərcləməyi düşünür.