17:41 18-02-2020
news_image
207
FUTBOL

“Mançester Siti”nin 2 futbolçusunu istəyir – “Liverpul”

“Mançester Siti”nin iki aparıcı futbolçusu mövsümün sonunda “Liverpul”a keçə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Emerik Lyaport və yarımmüdafiəçi Kevin De Bruyne “qırmızılar”ın maraq dairəsindədir.

“Mançester Siti” iki il müddətinə avrokuboklardan kənarlaşdırıldığından, “şəhərlilər”in əksər aparıcı oyunçusunun yayda komandanı tərk etməsi gözlənilir. Bundan yararlanan “Liverpul” Lyaport və De Bruyne üçün qarşı tərəfə artıq müraciət edib. Əgər İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın qərarını ləğv etməsə, Mançester klubu onlarla vidalaşmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, həmçinin Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinqin də mövsümün sonunda “Mançester Siti”dən ayrılması gözlənilir.