01:53 20-02-2020
news_image
335
FUTBOL

“Atalanta”dan növbəti qələbə, “Tottenhem” evdə uduzdu - YENİLƏNİB

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, mərhələnin daha iki oyunu keçirilib.

İtaliya və İspaniyanın ortabab komandaları sayılan “Atalanta” ilə “Valensiya” arasında ilk görüş Milanda baş tutub. A seriyasında uğurlu mövsüm keçirən və ÇL-də gözlənilmədən qrupdan çıxan "Atalanta" hər kəsi təəccübləndirməkdə davam edir. Can Pyero Qasperininin yetirmələri böyükhesablı qələbə qazanaraq, 1/4 finala vəsiqə yolunda inamlı addım atıblar. "Yarasalar"ın təsəllisi isə buraxılan 4 top qarşılığında vurduqları 1 qol olub.

Turnirin son finalçısı “Tottenhem” son illər yüksəlişdə olan “Leypsiq”i qəbul edib. Harri Keyn, Hun-Min Son kimi aparıcı oyunçularından məhrum durumda meydana çıxan londonlular bunun acısını çəkiblər. Bundesliqada çempionluğa iddia edən "Leypsiq" Almaniyaya yeganə qol sayəsində gələn qalibiyyətlə qayıdır.

Komandalar arasında cavab oyunu martın 10-da keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
19 fevral
00:00. “Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya) - 4:1

Hateboer, 16, 63, İliçiç, 42, Freuler, 67 - Çerişev, 66
Baş hakim: Maykl Oliver (İngiltərə)
Milan. “San Siro”

00:00. “Tottenhem” (İngiltərə) – “Leypsiq” (Almaniya) - 0:1
Verner, 58 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
London. “Tottenhem” stadionu