13:54 19-02-2020
news_image
112
FUTBOL

Superliqa klubunda yeni baş məşqçi

Türkiyə klubu “Dənizlispor”un yeni baş məşqçisinin adı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi Bülənt Uyqunla ortaq məxrəcə gəlib.

Ötən həftəsonu “Kayserispor”a 0:1 hesabı ilə məğlub olduqdan sonra Mehmet Özdiləklə yollarını ayıran Superliqa təmsilçisinin Uyqunla danışıqları müsbət nəticələnib. 48 yaşlı mütəxəssisin bu həftə rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Bülənt Uyqun son olaraq ötən il “Kayserispor”u çalışdırıb.