16:25 19-02-2020
news_image
465
FUTBOL

Azərbaycanlı futbolçu “Aktobe”də

Daha bir azərbaycanlı futbolçu Fuad Bayramov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Aktobe” klubuna keçə bilər.

Gürcüstan klubu “Rustavi”dən ayrılan Bayramov hazırda “Aktobe”nin düşərgəsindədir. Sabiq “İnter”li (hazırkı “Keşlə”) hazırda bu komandanın heyətində baxışdadır. Bayramov baxışdan uğurla keçərsə, onunla münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, “İnter”in yetirməsi olan Fuad Bayramovun karyerasının böyük hissəsi məhz bu klubla bağlıdır.