00:48 20-02-2020
news_image
229
AVRO-2020

Reşford AVRO-2020-yə getməyəcək?

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer komandanın hücumçusu Markus Reşfordun hazırkı durumu barədə danışıb.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı gənc futbolçunun gözləniləndən gec yaşıl meydanlara qayıdacağını bildirib.

Sulşer hətta İngiltərə millisinin üzvünün AVRO-2020-yə yetişə bilməyəcəyini düşünür: "Bərpa üçün vaxt lazımdır, amma həkim deyiləm. Ümid edirdim ki, daha tez sağalacaq, ancaq bu günə qədər hər şey fərqli oldu. Görünür, bu proses uzun müddət çəkəcək. Markusun sağalma mərhələsi bir neçə ay davam edəcək, bu, şübhəsizdir. Hazır olmasa, Avropa çempionatına getməyəcək. Müayinələrdən keçib, zədənin düşündüyümüzdən daha pis olduğunu dedilər. Onun meydana qayıtması üçün tam hazır olması vacibdir".

Qeyd edək ki, Markus Reşford bu mövsüm Premyer Liqanın 22 oyununda meydana çıxıb.