01:00 20-02-2020
news_image
267
FUTBOL

İsrafilov "qırmızı" aldı, oyun yarımçıq dayandırıldı

İspaniya Sequndasının XXVIII turu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, "Albasete"nin yarımmüdafiəçisi "Rayo Valyekano" ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Oyun 0:0 olarkən yarımçıq dayandırıldığından ikinci hissə keçirilməyib.

Qeyd edək ki, 27 oyunda 30 xal toplayan "Albasete" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.