09:35 20-02-2020
news_image

Helsinqborqda 4 medal - taekvondoçularımızdan

İsveçin Helsinqborq şəhərində taekvondo üzrə “Prezident Kuboku” start götürüb.

Apasport.az saytının məlumatına görə, Avropa yığmalarının qatıldığı yarış Azərbaycan millisi üçün uğurlu başlayıb. 

Komandamız artıq 4 mükafata sahib olub. Milli üzvlərindən Payam Qobadi Oğaz (87 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Digər taekvondoçulardan Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, yığmamız Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında fevralın 22-də keçiriləcək “Helsinqborq Open” beynəlxaq turnirində də qüvvələrini sınayacaq.